EN

ABŞ yaxın günlərdə Qəzzada atəşkəsə dair ətraflı təkliflər təqdim EDƏCƏK

ABŞ Qəzza zolağında atəşkəsə nail olmaq üçün yaxın günlərdə ətraflı təkliflər təqdim edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns Londonda Böyük Britaniyanın MI6 xarici kəşfiyyat xidmətinin rəhbəri Riçard Murla birgə çıxışı zamanı bildirib.

“Nəhayət, bu, siyasi iradə və hər iki tərəfin liderlərinin dayanmağın vaxtının gəldiyini qəbul etmək istəyi məsələsidir. Ümid edirəm ki, hər iki lider bu qərarı qəbul edəcək, çünki ondan çox şey asılıdır”, - U.Berns bildirib.

R.Murun sözlərinə görə, Qəzza zolağında atəşkəs əldə olunmayana qədər Yaxın Şərqdə vəziyyət son dərəcə gərgin olaraq qalmağa davam edəcək: “Biz yenə də İsrail-İran münasibətlərindəki böhranın qarşısını ala bildik, lakin yanğın dayanana qədər bu risk davam edəcək. Qəzzada vəziyyət nə qədər pis olsa, Yaxın Şərqdə geniş münaqişə daha da pis olacaq”.

Chosen
64
29
redaktor.az

10Sources