EN

Beynəlxalq Maliyyə Korporasiyası ilə dövlət–özəl sektor tərəfdaşlığı

Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyası ilə dövlət–özəl sek­tor tərəfdaşlığı və potensial layihələri müzakirə edib. Bu barədə İq­tisadiyyat Nazirliyi məlumat yayıb. 

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ilə IFC-nin Avropa üzrə regional di­rektoru İnes Roşa arasında keçirilən görüş­də ölkəmizdə aparılan iqtisadi islahatların beynəlxalq maliyyə qurumları tərəfindən dəstəkləndiyi diqqətə çatdırılıb. Qeyd olu­nub ki, Azərbaycanın IFC ilə əməkdaşlığı­nın genişlənməsi, bu kontekstdə ölkəmizdə mütərəqqi təcrübə və yeniliklərin təşviqi önəm daşıyır. 

Tədbirdə Azərbaycanın sosial-iqtisa­di inkişaf prioritetləri, əlverişli işgüzar mühiti, investorlar üçün yaradılan imkan­lar barədə məlumat verilib. Bildirilib ki, ölkəmizin iştirakçısı olduğu nəhəng la­yihələr regionda dayanıqlı inkişafın təmin edilməsində önəmli faktora çevrilib. Eyni zamanda, ölkəmizdə dövlət–özəl sektor tərəfdaşlığı üzrə layihələrin reallaşdırılma­sı üçün böyük imkanların olduğu diqqətə çatdırılıb. 

Tərəflər, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası­nın Tərəflər Konfransının 29-cu sessiyası (COP29), dəniz suyunun duzsuzlaşdırıl­ması yolu ilə içməli su istehsalı layihəsi üzrə əməkdaşlıq və IFC-nin cəlb oluna biləcəyi potensial layihələr barədə müza­kirə aparıblar.

Chosen
150
xalqqazeti.az

1Sources