Makronun Mişel Barnieri baş nazir təyin edilməsinə etiraz olaraq sol partiyaların çağırışı ilə ölkənin müxtəlif bölgələrində minlərlə fransızın iştirak etdiyi nümayişlər keçirilir.
Seçkilərdə daha çox mandat qazanan solçu Yeni Xalq Cəbhəsi blokunun partiyaları, prezident Makronun onların namizədi Lüsi Kasteti baş nazir təyin etməkdən imtina etməsindən sonra fransızları ölkə boyu küçələrə çıxmağa çağırıb. Ölkənin 150-dən çox şəhər və qəsəbəsində nümayişlər keçirilir.
“Emmanuel Makronun çevrilişinə qarşı və demokratiya uğrunda yürüş” devizi ilə keçirilən aksiyalar Tələbə və Lisey Həmkarlar İttifaqları tərəfindən də dəstəklənir.
Solçuların baş nazir postuna namizədi Lüsi Kastet deyib ki, fransızların qəzəblərini küçələrdə ifadə etmələri tamamilə qanunidir: "Nümayiş demokratik vasitələrin bir hissəsidir. Bu, seçkilərdə səslərimiz nəzərə alınmadığı üçün etiraz nümayişidir”.
TAHİR