Braziliya prezidenti Luiz İnasio da Silva insan haqları naziri Silvio Almeydanı cinsi qısnama ittihamı ilə işdən çıxarıb.
Qayanrinfo xəbər verir ki, bu barədə Braziliya liderinin administrasiyasının saytında məlumat verilib.
Luiz İnasio da Silvanın naziri danışmaq üçün Planalto sarayına çağırdığı və söhbətdən sonra məmuru işdən çıxarmaq qərarına gəldiyi qeyd edilir.
"Prezident cinsi qısnama iddialarının xarakterini nəzərə alaraq nazirin vəzifəsini davam etdirməsini qəbuledilməz hesab edir", deyə bəyanatda qeyd edilir.
Braziliya polisi artıq keçmiş nazirə qarşı istintaqa başlayıb. Yerli media yazır ki, təqib epizodları 2023-cü ildə baş verib və qurbanlardan biri irqi bərabərlik naziri Aniel Franko olub.
Aydın