EN

“Neftçi” Çempionlar Liqasında “Lançxuti”yə də uduzdu

“Neftçi”nin qadınlardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasının 2024/2025-ci illər mövsümündə növbəti sınağına çıxıb.

Arena.az xəbər verir ki, “ağ-qaralar”ın bu turnirin 1-ci mərhələsindəki ikinci rəqibi “Lançxuti” komandası olub.

Qyed edək ki, 2-ci qrupun oyunları məhz Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunub. Tsxaltubo Texniki Mərkəzinin stadionunda keçirilən qarşılaşmanı belçikalı hakim idarə edib. 3-cü yer uğrunda görüşdə yerli “Lançxuti” komandası üstün olub. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Azərbaycan çempionu mübarizəni elə ilkin mərhələdə dayandırmalı olub.

Xatırladaq ki, ilk oyununda Avstriyanın “Sankt-Pölten” kollektivi ilə üz-üzə gələn Siyasət Əsgərovun komandası həmin oyunda da 0:5 hesabıyla uduzmuşdu. “Lançxuti” isə Albaniyanın “Vlajniya” (0:3) klubuna məğlub olmuşdu.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
7 sentyabr

“Lançxuti” – “Neftçi” 2:1
Baş hakim: Karoline Lanssens (Belçika).
Tsxaltubo Texniki Mərkəzi. Saat 18:00.

Chosen
225
17
arena.az

10Sources