AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
Beynəlxalq əlaqələr və protokol üzrə aparıcı mütəxəssis
Son tarix 06 okt 2024 - [email protected]
Tikinti şirkətində “Beynəlxalq əlaqələr və protokol üzrə aparıcı mütəxəssis” vakansiyası mövcuddur.
Biz nə təklif edirik:
- Maraqlı layihələrdə iştirak, zəngin təcrübənin qazanılması;
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün iş şəraiti;
- Karyeranızın qurulması üçün geniş imkanlar.
Əmək funksiyaları:
- Şirkətin adından protokol yazışmalarının layihələrini hazırlamaq və digər protokol-təşkilati məsələlərin həllini təmin etmək;
- Protokol qaydalarının tələblərinə müvafiq olaraq zəruri təşkilati tədbirlərin və sənədləşmənin həyata keçirilməsini səlahiyyətləri daxilində təmin etmək;
- Şirkətin fəaliyyət istiqamətləri üzrə beynəlxalq tərəfdaşlarla görüşlər, seminarlar, konfranslar və digər tədbirlərin keçirilməsi məqsədilə təşkilati məsələləri həll etmək;
- Şöbədə kargüzarlıq işlərini təşkil etmək;
- Vəzifə səlahiyyətlərinin icrasına uyğun olaraq, rəhbərlik tərəfindən verilmiş əmr və göstərişləri yerinə yetirmək.
Vəzifənin tutulması şərtləri:
- Təhsil: İqtisadiyyat, menecment, beynəlxalq münasibətlər üzrə bakalavr və ya magistr dərəcəsi;
- İş stajı: müvafiq sahədə azı 3 il iş təcrübəsi;
- Kompüter bilikləri: Microsoft Office və İnternet proqramları;
- Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – yaxşı, rus dili – orta;
- Planlama və təşkiletmə bacarığı;
- Təqdimetmə bacarığı;
- Ünsiyyət bacarığı;
- Problem həll etmə bacarığı.
İş barədə məlumat:
- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı müsahibə əsasında razılıq yolu ilə.
CV-nizi [email protected] müvafiq elektron ünvana göndərməyiniz və əmək haqqı gözləntinizi qeyd etməyiniz xahiş olunur.