EN

Əfqanıstan və Pakistan sərhədində yenidən silahlı toqquşma baş verdi

Əfqanıstan və Pakistanda hakimiyyətdə olan radikal Taliban hərəkatı arasında Xost əyalətinin sərhəddində yenidən silahlı toqquşmalar başlayıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hər iki tərəfin hərbçiləri ağır silahlar yerləşdirib. Zərərçəkənlər barədə məlumat hələ ki, məlum deyil.

“Talibanla Pakistan hərbçiləri arasında Əfqanıstanın şərqində yerləşən Xost vilayətində mübahisəli dövlət sərhədi yaxınlığında toqquşmalar baş verib. Döyüşlər təxminən yerli vaxtla saat 16:00-da (Moskva vaxtı ilə 14:30) başlayıb”, - xəbərdə deyilir.


Müəllif: Arzu
Chosen
151
19
teleqraf.com

7Sources