ABŞ və Kanadaya qarşı terror hücumu təhlükəsi çox realdır.BUTA.TV xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın keçmiş dövlət katibi Maykl Pompeo çıxış edib. "Kanada və ABŞ-da artan terror təhlükəsi çox realdır. FTB-nin qarşısında çox çətin bir vəzifə durur", - Pompeo bildirib. Pompeonun sözlərinə görə, bunun səbəblərindən biri miqrasiya böhranı olub: "Biz sərhədimizə nəzarət etmirik və bu, terror hücumu təhlükəsini kəskin şəkildə artırır".