EN

Biləsuvarda qeyri-dövlət sektorunda çalışanların orta aylıq əməkhaqqı 8 faizə yaxın artıb

Biləsuvar rayonunda qeyri-dövlət sektorunda çalışanların orta aylıq əməkhaqqında artım olub.

"Report"un Muğan bürosunun məlumatına görə, 2024-cü ilin yanvar-iyun aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı dövlət sektorunda 748,8 manat, qeyri-dövlət sektorunda isə 524,8 manat təşkil edib.

Ötən ilin yanvar-iyun aylarına nisbətən muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı dövlət sektorunda 6,7 faiz azalıb, qeyri-dövlət sektorunda isə 7,7 faiz artıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, informasiya və rabitə, maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə; sosial təminat, təhsil, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi və digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışanların orta aylıq nominal əməkhaqqı orta rayon göstəricisindən yüksək olub.

Həmçinin 2024-cü ilin yanvar-iyun aylarında rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 656,5 manat təşkil edib və 2023-cü ilin yanvar-iyun aylarına nisbətən 2,2 faiz azalıb.

Chosen
109
far.az

1Sources