EN

İndi Tehran üçün əsas prioritet... - Pezeşkian

İran prezidenti Məsud Pezeşkian Tacikistan prezidentinə təbrik məktubunda region ölkələri, xüsusilə də Tacikistan Respublikası ilə əlaqələr və əməkdaşlığın genişləndirilməsinin İran üçün prioritet olduğunu vurğulayıb.

Publika.az "Mehr" agentliyinə istinadla xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian Tacikistan prezidenti Emoməli Rəhmonu ölkənin müstəqilliyinin ildönümü münasibətilə təbrik edib.

Pezeşkian vurğulayıb ki, region ölkələri, xüsusilə Tacikistan Respublikası ilə əlaqələr və əməkdaşlığı genişləndirmək 14-cü İran hökumətinin xarici siyasət prioritetidir.

“İnanıram ki, iki ölkə xalqları arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər keçmişdə olduğundan daha çox möhkəmlənəcək və inkişaf edəcək”, - o, Tacikistan Prezidentinə müraciətində qeyd edib.

Chosen
159
50
publika.az

10Sources