EN

Bayden terrorizmlə mübarizədə Tacikistanla əməkdaşlığın dərinləşdiyini qeyd edib

Vaşinqton və Düşənbə son bir ildə o cümlədən terrorizmlə mübarizə sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə dərinləşdirib.

“Report”un Tacikistan lideri Emoməli Rəhmonun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Prezidenti Cozef Baydenin Tacikistanın Müstəqillik Günü münasibətilə göndərdiyi təbrikdə deyilir.

“Son bir il ərzində Tacikistan və Birləşmiş Ştatlar öz xalqları və beynəlxalq ictimaiyyət üçün daha parlaq gələcək təmin etmək üçün əməkdaşlığı dərinləşdiriblər. Biz birgə terrorizmlə mübarizədə tərəfdaşlığımızı genişləndirmişik, ətraf mühitin məsuliyyətli istifadəsi və mühafizəsi üzrə əməkdaşlıq etmişik və Mərkəzi Asiyada özəl sektor əməkdaşlığını dəstəkləmişik”, – təbrik mətnində bildirilir.

Amerika Prezidenti vurğulayıb ki, Birləşmiş Ştatlar “vacib minerallar sahəsində tərəfdaşlıqlar vasitəsilə enerji təhlükəsizliyini gücləndirmək səyləri” ilə fəxr edir və “gələcəyə optimist baxır”.

Chosen
98
far.az

1Sources