Sentyabrın 8-si saat 8:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, sentyabrın 8-i saat 8:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Lakin bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağıb. Qrız, Lerikdə duman müşahidə olunub.
Sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi arabir Culfada 22 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 31, Aran rayonlarında 30, dağlıq rayonlarda 18 dərəcəyədək isti qeydə alınıb.
Bizim.Media