Yuxunun olmaması, həddindən artıq stress və bir sıra digər amillər payızda immunitetin azalmasına və xəstəlik riskini artıra bilər.
E-saglam.az xəbər verir ki, bu barədə həkimi Svetlana Burnatskaya danışıb.
O, bildirib ki, xroniki stress immunitet sistemini sıxışdıra bilən kortizol istehsalına səbəb olur. Alkoqoldan və siqaretdən istifadə immunitet sisteminə mənfi təsir göstərir.
Həmçinin onun sözlərinə görə, orqanizmin viruslarla mübarizə qabiliyyətinə pis qidalanma və oturaq həyat tərzi də təsir edir.
Burnatskaya qeyd edib ki, uşaqlar və qocalar ən çox payızda xəstələnirlər. Uşaqlarda immun sistemi hələ tam formalaşmayıb, yaşlı insanlarda isə yaşla birlikdə zəifləyir. Diyabet, astma və ürək-damar xəstəlikləri olan xəstələr də risk altındadır.
E-saglam.az