EN

Bakıda şadlıq evində yanğın olub

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 800 m² (hər mərtəbəsi 400 m²) olan ikimərtəbəli şadlıq evinin dam örtüyündə quraşdırılan havalandırma qurğusunun mühərriki və hava təmizləyici qurğu yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, şadlıq evi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Chosen
116
28
apa.az

10Sources