İspaniya xarici işlər naziri Xose Manuel Albares sabiq prezidentliyə namizəd Edmundo Qonzales Urrutianın Venesuelanı tərk etdiyini və İspaniyaya yola düşdüyünü təsdiqləyib.
APA-nın xəbərinə görə, İspaniya XİN başçısı bu barədə X sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
Edmundo Qonzales İspaniya Hərbi Hava Qüvvələrinin təyyarəsi ilə bu ölkəyə uçub.
Qeyd edək ki, bundan əvvəl Venesuela vitse-prezidenti vəzifəsini icra edən Delsi Rodriges Edmundo Qonzalesin İspaniyadan siyasi sığınacaq istədiyini və ölkəni tərk etdiyini bildirib. O, ölkədə sakitlik və siyasi barışıq naminə sabiq prezidetliyə namizədə belə şərait yaradıldığını açıqlayıb.
Qeyd edək ki, Venesuela məhkəməsi Edmundo Qonzalesin həbsi barədə qərar verib. Sabiq prezidentliyə namizəd “seçki komissiyasının səlahiyyətini mənimsəməyə cəhd”də, “özünü seçkidə qalib elan etmək”də günahlandırılıb.