Füzuli rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
1985-ci il təvəllüdlü Qədirzadə Hürü Rza qızı idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək aşıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.