EN

Bu yolla tıxacdan ÇƏTİN QURTULAQ... - replika

Velosiped zolaqları sürücülərin hərəkət intensivliyini azaldır, tıxacların yaranmasına səbəb olur, cərimələnməkdən başqa bir işə yaramır. Vətəndaşlar bu qənaətdədir. Azərbaycanda velosipedə elə böyük maraq yoxdur ki, onun üçün avtomobil yollarının yarısını velosiped zolaqlarına çevirsinlər. Həmin zolaqlarla gün ərzində velosipedlə keçənlərin ümumi sayı çox zaman necə deyərlər, "bir əlin beş barmağını keçə bilmir".Onsuz da yetərli genişlikdə olmayan şəhər mərkəzli yollarda velosiped zolaqlarının salınması əlavə tıxaca, stresə və gərginliyə səbəb olur. Elə yollar var ki, iki hissəlidir: sol tərəfdə velosiped zolağı və sağda avtobus zolağı. Sürücülər heç nəzərə alınmayıb. Həmin yolla bağlı hətta sosial şəbəkələrdə videogörüntülər də paylaşılıb. Sürücülər məcburiyyət səbəbindən avtobus zolağına daxil olurlar."İçərişəhər" yaxınlığında salınan velosiped zolağı aylardır passiv vəziyyətdədir: yol böyük, istifadə də demək olar ki, yoxdur. Ancaq axşam saatlarında tıxaclara səbəb olur. Burada səbəb velosiped zolağının çəkilməsindən daha çox, paytaxtın avtomobil yükünə nisbətdə, yollarının yetərli genişlikdə olmamasıdır. Yetərli genişliyə malik olmayan və nəqliyyat, piyada sıxlığı olan şəhərdə onsuz da dar olan yolları ikiyə bölüb, velosiped yolu açmaq bu gərginliyi daha da artırır.Ümumiyyətlə, ölkədə velosiped sürücüləri, bu vasitədən istifadənin statistikası haqda ətraflı statistika məlumatları hazırlanmalı, ardınca da ona uyğun addım atılmalı idi. Çünki məntiqli və ağlabatan üsul budur. Həmçinin faydalı. Azərbaycanda velozolaqlardan istifadə edən 10 nəfər varsa, onun 7-si turistlər, xarici qonaqlardır. Bunu bilmək üçün şəhər mərkəzinə çıxıb, müşahidə etmək yetərlidir.Velosiped zolaqlarının yerinə zəbt olunmuş səkilər piyadaların rahat hərəkəti üçün azadlığına qovuşdurulsaydı, şəhərdəki sıxlığı daha çox aradan götürər və hərəkət axınını yüngülləşdirərdi. Nəinki velosiped üzünə həsrət qalan velozolaqlar...Mətin Şükürlü, Bizimyol.info

Chosen
124
dia-az.info

1Sources