EN

"İran heç vaxt Rusiya və Ukrayna konfliktinin bir hissəsi olmayıb" - İran XİN

İran heç vaxt Rusiya və Ukrayna arasındakı konfliktin bir hissəsi olmayıb.

Publika.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani İranın Rusiyaya ballistik raketlər göndərməsinə dair verilən sorğuya cavab olaraq bildirib.

Onun sözlərinə görə, İran müharibəyə qarşı olduğunu bildirməklə yanaşı Rusiya və Ukrayna arasında anlaşılmazlıqların həll olunması və hərbi qarşıdurmalara son qoyulması üçün diplomatik həll yolunu dəstəkləyir.

Kənani bildirib ki, İran Ukrayna böhranının əvvəlindən hərbi qarşıdurmanın bir hissəsi olmayıb və onun davam etməsini istəməyib.

Chosen
145
47
publika.az

10Sources