Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri
Cənab Sahil Babayevə
Surəti Kütləvi İnformasiya Vasitələrinə
Bakı,Yasamal rayonu,Tolstoy küçəsi 111-də Yaşayan veteran jurnalist,Azərbaycan Jurnalistlər Birliyinin üzvü Həsənov Məzahir Abasxan oğlu tərəfindən
ŞİKAYƏT
Cənab Nazir,
Sizə 3 ay ərzində yazdığım çoxsaylı müraciətlərimin nəticəsiz qalmasından,hətta etdiyim müraciətlərə verilən cavabların belə qanedici olmamasından,bu aylar ərzində keçirdiyim stress,əsəb və gərginliklərdən bəhs etmək niyyətim yoxdur.
Artıq aydındır ki,Sizə yazılan,kömək istənilən heç bir məsələyə müdaxilə etmək kimi niyyətiniz yoxdur.
Sizin tabeçiliyinizdə olan,xüsusən də ən çox həssas qruplarla işləyən bəzi əməkdaşlarınızın artıq səlahiyyət həddlərini çoxdan aşdıqlarını,insanlarla ancaq hikkə,hökm,mənəm-mənəmlik iddiası ilə yanaşdıqlarından xəbərdarsınız.Görünür insanlara zülm etmək,onların hissiyyatı,taleyi ilə oynamaq Sizin nazirliyin əsas iş prinspinə çevrilib.
Sizə sual edirəm-Nə vaxta qədər Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sizin kimi rəsmi sərəncamla təyin etdiyi səhiyyə və tibb orqanlarının,konkret olaraq Səhiyyə Nazirliyinin,TƏBİB-in rəhbərliyi altında çalışan savadlı,peşəkar,adlı-sanlı həkim heyətinin vətəndaşlara verdiyi diaqnoz və tibbi sənədlərə etibar etməyəcəksiniz. Sizin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyində kök salan harın,insanlara həşərat kimi baxan arxalı,dayılı maniken ekspertlər məgər o qədər “Nostradamus”dular ki,gözlə insanların xəstə və ya sağlam olmasını müəyyən etmək qabiliyyətinə sahibdirlər.
Bəlkə demək istəyirsiniz ki, cənab Prezident İlham Əliyev Teymur Musayevi Səhiyyə Naziri,Vüraq Qurbanovu TƏBİB rəhbəri təyin edərkən səhvə yol verib,ancaq siz yerində,işi bilən kadrsınız ki,TSEK-lərinizdə insanların başını pambıqla kəsirsiniz.
Bəlkə belə bir səlahiyyətiniz var,bizm xəbərimiz yoxdur.
Mən insanları həyatdan bezdirən Dövlət Tibbi Sosial Ekspertiza Agentliyinin bəzi ekspertlərinin bir az “qazları” nı almağınızın vaxtı çatdığını düşünürəm.
Bəli ekspert “maniken”lərinizin artıq insanlarla,xüsusən də haqsızlığı uğrayan xəstə vətəndaşlara öz haqlarını tələb edərkən onlara qarşı davranışları artıq “Çəngəllik” qanunlarına belə uyğun gəlmir.
Konkret ad çəkirəm.Agentliyin ekspertimi,ağasımı,sahibimi bilmirəm-Fərzəliyeva Samirə.Bu xanımın şəxsən mənə qarşı etdiyi qanunsuzluğu aradan qaldırmağa Agentliyin rəhbərliyinin belə cürəti çatmır.
Bildirirəm ki,Mən Həsənov Məzahir Abasxan oğluna 2016-2021 və 2023-2024 -cü illər ərzində müvafiq olaraq 2-ci və 3-cü qrup əlillik təyinatları aparılmışdır.2016-2021-ci illər üçün əlillik müddəti 5 il,2023-2024-cü illər üçün 1 il müəyyən edilmişdir.Sonuncu əlillik təyinatımın müddəti 2024-cü il 30 iyun tarixində başa çatmış,təkrar müayinə üçün qanunvericiliklə təsbit olunmuş qaydalar çərçivəsində Bakı şəhəri,34 saylı poliklinika tərəfindən mənim 1 il ərzində stasianar mülicə və ambulator müayinələrim,həkim diaqnozları,analiz nəticələri əsasında 03.07.2024-cü il tarixində B00203523JCZ kodla 88 saylı tibbi forma Dövlət Tibbi-Ekspertiza və Reablitasiya Agentliyinə göndərilmişdir. 05.07.2024-cü il tarixində 1 saylı TSEK-də mən komissiya sədri və əməkdaşları tərəfindən baxışda olmuşam,xəstəliyimi təsdiq edən sənədlər onlar tərəfindən əhatəli şəkildə araşdırılmış,mənə xəstəliyimin olduğunu,sənədlərimin əlillik təyinatına imkan verdiyi söylənilmiş və bunun əsasında aktlaşdırma işləri həyata keçirilərək Dövlət Tibbi-Ekspertiza və Reablitasiya Agentliyinə göndərilmişdir.08.07-2024-cü il tarixində mən yenidən baxış üçün Dövlət Tibbi-Ekspertiza və Reablitasiya Agentliyinə dəvət edilmişəm.Mən özümlə bütün stasionar və ambulator müalicə və müayinə sənədlərim götürsəm də məni qəbul edən ekspert xanım Fərzəliyeva Samirə bu sənədlərə heç bir məhəl qoymadan məni göz,ayaq dopleri və spidometriya müayinəsinə göndərmişdir.Onun məni qəbul edərkən təyin olunan əsas diaqnoza deyil başqa xəstəliklər axtarışına çıxmasına etiraz etsəm də buna məhəl qoymamışdır.Bunun nəticəsi olaraq əsas diaqnozuma deyil,yanaşı xəstəliyi əsas diaqnoz götürərək imtina verilməsinə nail olmuşdur.
04.09.2024-cü il tarixində müraciətlərimə baxılmaq üçün Agentlk rəhbərliyinin qəbuluna dəvət edildim.İlkin olaraq məni Samirə Fərzəliyevanın qəbuluna yönəltdilər.Mən bu xanımın xidmətindən imtina etmək qərarına gəldim.Çünki onun qanunsuzluğuna don geydirəcəyinə əmin idim.Samirə Fərzəliyeva ilə təkrar qarşılamamız bu xanımın Azərbaycan adlı dövlətimizin qanunlarına nə qədər hörmətsiz olduğunu, sadə insanlara qarşı sanki kin,nifrət çəlləyi olduğunun şahidi oldum.Ona sadəcə sual verdim ki,nədən mənim əsas diaqnozumu deyil,yanaşı diaqnozu əsas götürmüşünüz.cavab budur “Sən kimsən,məndən hesab sorursan”deyib hikkə ilə öz əməlini müdafiə etməyə,hətta əcəb edib belə etmişəm-deyə amiranə cavab verdi.Mən ona bildirdim ki,bu haqsızılığı aradan qaldırmaq üçün məhkəməyə müraciət edəcəm.Nə istəyirsən onu elə,mənə nə edə bilərsən-deyib hikkə ilə otağına daxil oldu.Sonra isə onun həqiqətən də “təhlükəli”,acımasız biri olduğunu rəhbər qəbulunda aydın şəkildə başa düşdüm.Bu xanım məndən hikkəsini çıxarmaq üçün Qulam adlı həkimə belə “iş yoldaşı xahişi” etdiyinə əmin oldum.Samirə Fərzəliyevanın qəbulundan imtina etdiyim üçün məni Rzayev Qulam adlı həkimə yönəltmişdilər.Qulam da yalnız bir sənədimə gözucu baxaraq spidometriya müayinəsinə göndərdi.Halbuki, Qulam ekspert rəhbərlik qəbulunda həkimim kimi iştirak etməli,mənim bütün diaqnoz və sənədlərimlə tanış olmalı idi.Təəssüf ki. “İş yoldaşı” məsələsi öz işini görmüşdü.Mən vətəndaş qəbulunda sədr müavini Ramin Rzayevlə onlayn görüşdüm.Məni çox diqqətlə dinlədi,əmin etdi ki,lazımı köməklik göstəriləcək.Mən çıxdığım üçün Qulam adlı ekspertin Ramin müəllimə nə məruzə etdiyindən xəbərdar olmadım.Çünki qəbulun nəticəsini mənə Qulam bildirməliydi.O isə təcili aradan çıxdı və birbaşa Samirə xanımın əyləşdiyi mərtəbəyə qalxdı.Nəticə isə Samirə xanımın qələbəsi ilə başa satdı.
Cənab Nazir,
Sizdən əliliyimin bərpasınıa köməyi çox istədim,yazdım,xahiş etdim,qəbula getdim.Yoruldum,istəmirəm.Ancaq imkanınız varsa,Tibbi-sosial Ekspertiza Mərkəzinin ekspert manikenlərinə,arxalı,daydayılı işçilərinə xəstə insanların hissiyyatları ilə oynamalarına izin verməyin.Allah Xəstə insanlara qarşı ədalətsizlik edənləri mütləq şəkildə cəzalandırır.Mən əminəm ki, Samirə xanım kimiləri cəzalandıran olmayacaq,onlar toxunulmaz statusa malikdirlər.Cəzalan elə mənəm.Təqaüdümü kəsməklə bir dərdinizə dərman oluramsa,nə mutlu mənə.
Sonda özüm haqda qısa məlumat vermək istərdim.
Mən Həsənov Məzahir uzun illər rəsmi dövlət mətbuat orqanlarında çalışmış,Azərbaycan Jurnalistlər Birliyinin,Yeni Azərbaycan Partiyasının üzvüyəm.
İmza Həsənov M.A