İranın şimalında avtobusun yük avtomobili ilə toqquşması nəticəsində azı 55 nəfər xəsarət alıb.
Modern.az xəbər verir ki, bu barədə IRNA xəbər agentliyi məlumat yayıb.
Hadisə Rəzəvi Xorasan əyalətində Səbzevər-Nişapur yolunda qeydə alınıb.
Xəsarət alan 55 nəfərdən 5-nin vəziyyəti ağırdır.
Hadisə yerinə 4 təcili yardım maşını cəlb olunub.