EN

300-dən çox uşağın cəsədi tapıldı

  İngiltərənin Oldham şəhərindəki kütləvi məzarlıqda 300-dən çox cəsəd tapılıb. 

“Cebehinfo.az” “Sky News”-a istinadən xəbər verir ki, onların əksəriyyəti körpə və azyaşlı uşaqlara məxsusdur.

Royton qəbiristanlığında məzar 1962-ci ildə biri ölü doğulmuş, digəri isə beş saat ərzində ölən qardaşlarını axtaran qadın tərəfindən tapılıb.

Bununla bağlı açıqlama verən şəhər şurasının üzvləri Maggie Hurley və Jade Hugesin sözlərinə görə, cəsədlərdən 146-sı ölü doğulmuş körpələr, 128-i isə körpə və azyaşlı uşaqlardır:

“1980-ci illərin ortalarına qədər ölü doğulmuş körpələrin cəsədləri çox vaxt hara aparıldıqlarını bilməyən valideynlərinin razılığı olmadan ailələrindən alınırdı”. 

Onlar əlavə ediblər ki, tapılan 303 cəsəddən yalnız 147-nin adı internetdə tapılıb, 156-sı isə itkin düşmüş hesab olunur.  

Chosen
199
45
referans.az

10Sources