Türkiyənin Tunceli vilayətində zirehli maşın aşıb.
Turkustan.az TRT-yə istinadən xəbər verir ki, qəza nəticəsində Türkiyə ordusunun 4 hərbçisi həlak olub, 1-i yaralanıb.
Məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya yayıb.
Nazir hadisə ilə əlaqədar başsağlığı verib. /modern.az/