Xəbər verdiyimiz kimi, aktyor Corc Qafarov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrındakı işindən ayrılıb.
OXU24.COM xəbər verir ki, buna səbəb onun teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə ilə dava etməsi olub.
Bu barədə Corc özü açıqlama verib. Bildirib ki, işdən çıxmasına səbəb Mehriban Ələkbərzadənin ona “Cəhənnəmə, qara-gora oyna. Mən də səni istəmirəm. Ərizəni yaz və işdən çıx” sözləri olub.
“Azərbaycan kinosunun vəziyyəti hamıya bəllidir. Mən oradan bərk yapışacaq adam deyiləm. Teatrın mənə ehtiyacı var idi, ona görə orada idim.
Mehriban Ələkbərzadənin aktyorlarla kobud rəftarını görmüşəm. Hamı qorxur ki, aldıqları 600, 800 manat maaşı itirəcəklər. Məşq vaxtı dedi ki, sıfırsan, kobudsan, kötüksən. Axırda cavab verdim ki, rolu istəyərək oynamıram. Dedi, cəhənnəmə oyna”, C. Qafarov qeyd edib.