Türkiyənin “Hatayspor” klubunun yeni baş məşqçisi bəlli olub.
“Qafqazinfo” xəbər verir ki, klub “Beşiktaş”ın sabiq baş məşqçisi Rza Çalımbayla razılaşıb.
Onlar 1 illik müqavilə imzalayıblar.
Qeyd edək ki, bir müddət əvvəl “Hatayspor”un çalışdırıcısı Özhan Pulat vəzifəsindən ayrılıb.