EN

Mühafizə şirkətinin xalis mənfəəti kəskin düşüb

Azərbaycanda fəaliyyətdə olan mühafizə şirkəti “Titan D” MMC 2023-cü ildə 7.97 milyon manat gəlir əldə etməklə 2022-ci illə müqayisədə 15 azalıb.

Banker.az bunu şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Şirkətin əməliyyatlarının maya dəyəri isə 7.68 mln. manat olub ki, bu da ümumi mənfəətin 296 min manata düşməsinə səbəb olub. Bundan öncə onun ümumi mənfəəti 924 min manat idi.

Bütün gəlir və xərclər fərqindən sonra onun xalis mənfəəti cəmi 91 min manat olub Halbuki, 2022-ci ildə 662 min manat xalis mənfəət əldə etmişdi.

Şirkətin cari ilin əvvəlində balansında 1.42 mln. manat bölüşdürülməmiş mənfəəti olub.

353453

Chosen
160
23
banker.az

10Sources