İran Rusiyaya ballistik raketlər ötürə bilər
ABŞ Prezident Administrasiyası İranın Rusiyaya ballistik raketlər ötürməsi və ya ötürmək üzrə olduğu barədə yayılan xəbərlərdən narahatlığını ifadə edib.
Reyting.az-ın xəbərinə görə, Milli Təhlükəsizlik Şurasının sözçüsü Sean Savett deyib ki, İranın Rusiyaya ballistik raketlər verməsi Ukraynaya qarşı müharibəyə dəstəyinin əhəmiyyətli dərəcədə artmasını ifadə edəcək.
Bununla belə Ağ ev rəsmisi ABŞ-nın belə bir transferdən xəbəri olub-olmadığının təfərrüatlarına varmayıb.
Savett qeyd edib ki, Birləşmiş Ştatlar, onun G-7 və NATO tərəfdaşları İranın Rusiya Federasiyasına raketlər ötürəcəyi təqdirdə “açıq şəkildə əhəmiyyətli nəticələr yaratmağa hazır olduqlarını” bildiriblər.
ABŞ Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun tədqiqatçısı Fabian Ginz deyib ki, ən vacib, lakin eyni zamanda problemli hərəkətlərdən biri transferin özünü qadağan etmək olacaq.
“Qərb dövlətlərinin Xəzər dənizinə və ya onun üzərindəki hava məkanına, yaxud Rusiya Federasiyası və ya İran üzərindəki hava məkanına nəzarəti ələ keçirməsi və müvafiq olaraq, hərtərəfli müharibəyə başlaması istisna olmaqla, bu cür transferlərin qarşısını almaq üçün etibarlı yol yoxdur”,- analitik qeyd edib.
Demokratiyaları Müdafiə Fondunun baş elmi işçisi Behnam Ben Taleblu isə bildirib ki, Qərb İranın raket proqramını sabotaj etməyə cəhd göstərməklə və ya belə bir ötürməni aşkar edən kəşfiyyat məlumatlarını məxfilikdən çıxararaq və onu cilovlamaq üçün onu tez bir zamanda ictimaiyyətə açıqlayaraq raket ötürülməsini poza bilər.
ELÇİN