EN

“İqlim dəyişikliyi “yaşıl iqtisadiyyat”ın inkişafını diktə edir”

Dünyadakı iqlim dəyişikliyi, azalan təbii ehtiyatlar və artan tələbat “yaşıl iqtisadiyyat”ın inkişafını diktə edir.

Viral.az xəbər verir ki, bunu Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Bu, öz növbəsində, hər bir ölkənin dayanıqlı inkişafı üçün vacib faktora çevrilib. Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin müəyyən etdiyi Milli Prioritetlərdən biri “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi”dir. Bununla bağlı olaraq həyata keçirilən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində müvafiq tədbirlərin icrası davam etdirilir”, – deyə o qeyd edib.

“Yaşıl Dünya Naminə Həmrəylik ilində və COP29 ərəfəsində ölkəmizdə bu səpkidə mühüm tədbirlər keçirilir. Hazırkı konfrans da bunun davamı olmaqla aktual məsələləri əhatə edir. Ümumilikdə, ekoloji təmiz texnologiyaların tətbiqinin və “yaşıl” istehsalın artırılması, təkrar emal, çirklənmiş ərazilərin bərpasının təşviqi kimi məsələlərlə bağlı qarşıda mühüm vəzifələr durur. Bir sözlə, ətraf mühiti qorumaq prinsipi əsasında iqtisadi tərəqqi və sosial rifahın yüksəldilməsinə nail olmalıyıq. Bu işdə isə özəl sektorun, xüsusilə kiçik və orta biznesin rolu böyükdür. Bugünkü konfransın əsas məqsədi məhz yaşıl iqtisadiyyata keçiddə yaşıl KOB konsepsiyasını təşviq etməkdir”, – deyə nazir əlavə edib.

a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }

Chosen
193
50
viral.az

10Sources