Çin Xalq Respublikasının xarici işlər naziri Van İ Rusiyaya səfər edəcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Van İnin Rusiyaya səfəri sentyabrın 11-12-də baş tutacaq. Çin XİN başçısının BRİCS ölkələrinin təhlükəsizlik məsələləri üzrə nümayəndələrinin görüşündə iştirak etmək üçün Rusiyaya səfər edəcəyi qeyd olunub.