EN

MSK sədri şikayətlər araşdırılarkən tərəfləri və KİV-i iştirakçılığa dəvət etdi

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 3 dairədən daxil olan şikayətlərin araşdırılması üçün müşahidəçiləri, namizədləri, səlahiyyətli nümayəndələri və KİV-i iştirakçılığa dəvət edib.

Korrespondent.az bildirir ki, M.Pənahov bu barədə bu gün keçirilən iclasda danışıb.

O qeyd edib ki, 22, 31 və 78 saylı Seçki dairələrindən daxil olan şikayətlər ciddi şəkildə araşdırılacaq.

"Əgər hansısa mübahisəli məqam varsa, heç nədən çəkinmədən MSK buna aydınlıq gətirib qərar verəcək. Biz qarşıdakı günlərdə həmin şikayətlərin araşdırma nəticələrini MSK-nın iclasında müzakirəyə çıxaracağıq", - deyə sədr əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
52
12
korrespondent.az

10Sources