EN

Polis tərəfindən güllələnmək üçün insanları girov götürdü

Almaniyada məhkəmədə qəribə iş üzrə proses gedir. Belə ki, məhkəmə bir nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib onu güllələsin deyə qəsdən 6 nəfəri girov götürən şəxsin işinə baxır.


Sfera.az bildirir ki, hadisə bu ilin yanvar ayında Almaniyanın Ulm şəhərində baş verib. Müttəhim Stefano B. silahla “Starbucks”a girərək oradakı müştəriləri girov götürüb.
 

Həmin gün Stefano B. saxta “Glock 19” tipli tapança və “Heckler & Koch 416” avtomatı ilə müəssisəyə daxil olub, girov götürməzdən əvvəl masada oturan bir cütlüyə “Gedin və polisə zəng edin” qeydini verib.
 

Bundan sonra kişi “silah” çıxararaq altı nəfəri əsir götürüb. Onların arasında çox qorxan və durmadan ağlayan iki yeniyetmə qız da olub.
 

Stefano altı girovdan beşini azad edib. Bu zaman asayiş keşikçiləri atəş açaraq onu çənə və qol nahiyəsindən yaralayıblar.
 

Məhkəmənin əvvəlində təqsirləndirilən şəxsin vəkili Thorsten Storp bildirib ki, müvəkkili bütün ittihamları tam etiraf edir.
 

"Girov götürdüyü şəxslərdən üzr istəmək istərdi. Onun heç vaxt başqalarını incitmək kimi niyyəti olmayıb"- deyə vəkil bildirib.
 

Prokurorluq Stefano B.-nin cinayəti intihar niyyəti ilə törətdiyini güman edir. Çünki qeyd etdiyimiz kimi, o, hüquq-mühafizə orqanlarının əməkdaşlarından onu güllələməyi istəyib.
 

Qeyd edək ki, təqsirləndirilən Stefano B. əvvəllər Əfqanıstanda xidmət etmiş və travma sonrası stress pozğunluğundan əziyyət çəkən Bundesver əsgəri olub. Ona görə də ittiham tərəfi müttəhimin psixiatriya xəstəxanasına yerləşdirilməsini təkid edir. Onun işi üzrə hökmün oktyabrın 10-da çıxarılacağı gözlənilir.

 

Aynil

Sfera.az

Chosen
131
50
sfera.az

10Sources