Azərbaycanda əmlakın yanğından və digər risklərdən könüllü sığortası üzrə yığımlar azalıb, ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-iyul aylarında bu növ sığorta üzrə yığımlar 37 milyon 677 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 237 min manat və ya 12% azdır.
2023-ci ilin yanvar-iyul aylarında bu göstərici 42 milyon 914 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 2 milyon 480 min manat təşkil edib ki, bu da illik müqayisədə 546 min manat və ya 28% çoxdur.
Əvvəlki ilin eyni dövründə 1 milyon 934 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 7% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 5% təşkil edib.