Moskva vilayətinin Ramenskoye rayonuna dron hücumu zamanı iki yaşayış binasında yanğın baş verib.Avropa .info TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyevin məlumat verib.Onun sözlərinə görə, Ukraynaya məxsus pilotsuz təyyarənin Ramenskoyedəki yaşayış binasına çırpılması nəticəsində 11-12-ci mərtəblərdəki evlərdə yanğın baş verib, 46 yaşlı qadın ölüb.PUA-lardan biri isə Vısokovoltnaya küçəsindəki binaya çırpılıb.Hadisələr zamanı 3 nəfər yaralanıb.O, həmçinin bildirib ki, ümumilikdə bu gecə hava hücumundan müdafiə qüvvələri Podolsk, Ramenskoye, Lyubertsı, Domodedovo və Kolomna şəhər rayonlarında 14 pilotsuz uçuş aparatı vurub