AZ

Moskvaya dron hücumu -Ölən və yaralanan var

Moskva vilayətinin Ramenskoye rayonuna dron hücumu zamanı iki yaşayış binasında yanğın baş verib.Avropa .info TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyevin məlumat verib.Onun sözlərinə görə, Ukraynaya məxsus pilotsuz təyyarənin Ramenskoyedəki yaşayış binasına çırpılması nəticəsində 11-12-ci mərtəblərdəki evlərdə yanğın baş verib, 46 yaşlı qadın ölüb.PUA-lardan biri isə Vısokovoltnaya küçəsindəki binaya çırpılıb.Hadisələr zamanı 3 nəfər yaralanıb.O, həmçinin bildirib ki, ümumilikdə bu gecə hava hücumundan müdafiə qüvvələri Podolsk, Ramenskoye, Lyubertsı, Domodedovo və Kolomna şəhər rayonlarında 14 pilotsuz uçuş aparatı vurub

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
15
avropa.info

10Mənbələr