EN

Nənə-babalar gənc anaların psixalogiyasına necə təsir edir? - DİQQƏT

Nənə və babaların dəstəyi və iştirakı anaların psixi sağlamlığına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.
Sağlamolun.az xəbər verir ki, yeni araşdırma “Population Studies” jurnalında dərc edilib.
Finlandiyanın Helsinki Universitetinin tədqiqatçıları müəyyən edib ki, nənə və babanın dəstəyi anaları, xüsusən də boşanıb uşağı tək başına böyüdən xanımları depressiyadan qoruya bilər. Tədqiqatda, Finlandiya məlumat bazasında həyat yoldaşından ayrılan 116 917 ana və 12 yaşından kiçik uşaqları olan 371 703 ailəli olan anaların məlumatı araşdırılıb. Analar arasında antidepresant istifadəsinin göstərdiciləri müqayisə edilib. Məlum olub ki, körpənin nənə və babası işləyirsə və nəvəyə kifayət qədər vaxt ayırmırsa, belə anaların psixikası daha zədəli olur. Araşdırmalar onu da göstərib ki, gənc ananın valideynlərinin dəstəyi qaynana və qaynatanın köməyindən daha müsbət təsir edir.

Saglamolun.Az





Chosen
16
saglamolun.az

1Sources