Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə naziri türkiyəli qonağı salamlayaraq onu Azərbaycanda fəaliyyətə başlaması münasibəti ilə təbrik edib.
General-polkovnik Z.Həsənov iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi hərbi əməkdaşlığa da müstəsna təsirini xüsusi vurğulayıb. Azərbaycan-Türkiyə əlaqələrinin dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslandığını bildirib.
General-polkovnik Z.Həsənov türkiyəli hərbi attaşeyə Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.
General-mayor G.Gören isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Azərbaycanda hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi naminə səylərini əsirgəməyəcəyini bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
8Sources
-
ucnoqta.azZakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib ( 10851973)
-
bolge.tvTürkiyə Azərbaycana yeni hərbi attaşe təyin etdi ( 10850887)
-
demokrat.azTürkiyə general-mayoru Azərbaycana göndərdi ( 10850785)
-
modern.azTürkiyənin Azərbaycana göndərdiyi yeni hərbi attaşe KİMDİR... ( 10850575)
-
yeniavaz.comTürkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib ( 10848985)
-
mia.azTürkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib - MN-də görüş olub ( 10848910)
-
mia.azTürkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib - MN-də görüş olub ( 10848841)
-
az.trend.azAzərbaycan müdafiə naziri Türkiyənin yeni hərbi attaşesini qəbul edib ( 10848595)