EN

Türkiyə klubuna keçdi, "Qarabağ"ı unutmadı

“Qarabağ”dan ayrılaraq “Konyaspor”la müqavilə imzalayan Hamidu Keyta instaqram hesabında paylaşım edib.

Sportal.az xəbər verir ki, fransalı futbolçu Ağdam klubundan ayrılması barədə yazıb. O, hamıya uğurlar arzulayıb və “Konyaspor”la bağlı paylaşımında isə “irəli” şərhini yazıb:

“Təşəkkürlər, “Qarabağ”. Təşəkkürlər bütün azarkeşlər. Çox sağol, Azərbaycan. Mən daim öyrənirəm. Bütün “Qarabağ”dakı qardaşlarımla keçirdiyim vaxta görə şükürlər olsun. Onlara təşəkkür edirəm”.

Qeyd edək ki, Keyta ötən mövsümün əvvəlində “Zirə”dən “Qarabağ”a keçmişdi.

saytlarin hazirlanmasi

Chosen
100
1
sportal.az

2Sources