EN

Zidan karyerasının ən gözəl qolunu seçdi

Dünya futbolunun əfsanəsi Zinəddin Zidan karyerasının ən yaxşı qolunu seçib.

Publika.az xəbər verir ki, fransalı əfsanə seçimini 2002-ci ildə Çempionlar Liqasının finalında "Real" heyətində "Bayer Leverkuzen"ə vurduğu qoldan yana edib.

“Düşünürəm ki, ən gözəl və vacib qolu "Bayerl"ə matçda vurdum. Çempionlar Liqası qazanmadığım titul idi. Onu qazanmaq üçün bizə qol lazım idi, onu da mən vurdum”, - deyə Zidan "RMC Sport"a bildirib.

Qeyd edək ki, Zinəddinin qolu sayəsində "Real" "Bayer"i 2:1 hesabı ilə məğlub edib.

Chosen
146
publika.az

1Sources