Elm və təhsil naziri Emin Əmrullayev əməkdar müəllim, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin direktoru Tariyel Talıbov və Kimya, biologiya təmayüllü respublika liseyinin direktoru Kamran Rəhimovla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə nazir özünün sosial şəbəkə hesabına məlumat paylaşıb.
Nazir qeyd edib ki, çalışmanın yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vuran bu dəyərli təhsil işçiləri rəhbəri olduqları müəssisələrin inkişafı, keyfiyyətli tədrisin təşkili üçün uzun illər səy göstəriblər. Təsadüfi deyil ki, hər iki lisey şagirdlərinin təhsil nailiyyətləri ilə fərqlənən müəssisələrdəndir.
Qeyd edək ki, Tariyel Talıbov və Kamran Rəhimov yaş həddi ilə əlaqədar vəzifələrindən azad edilib.