EN

İrəvanın konstitusiya dəyişikliyini 2027-ci ilə saxlaması... bütün mətləbləri açır

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Rusiyanın Azərbaycanla danışıqlarda vasitəçilik rolu konstruktiv idi. Onun sözlərinə görə, Rusiya 2020-ci ildə müharibədən sonra uğurla vasitəçilik edə və barışıq imzalaya bildi: "Ermənistan və Azərbaycanı danışıqlar masasına gətirən vasitəçilik prosesinin təşəbbüskarı Rusiyadır. Bu rolu ABŞ, AB və digər ölkələr - Fransa və Almaniya davam etdirdi. Və azərbaycanlı həmkarımla sonuncu görüş Qazaxıstanda baş tutub”. Mirzoyan Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmağa çalışan bütün ölkələrə təşəkkürünü bildirib: “Bununla belə, İrəvan başa düşür ki, bütün ölkələrin öz maraqları var. Bu maraqlar heç də həmişə Ermənistanın və ya Azərbaycanın maraqları ilə üst-üstə düşməməlidir, bu nəzəri, aksiomatik həqiqətdir”. Ermənistan XİN başçısının bəyanatını şərh edən politoloq Azər Qasımov "Sherg.az”a deyib ki, Mirzoyan yenə də erməni xislətinə xas fikirlər söyləyir. Ekspert vurğulayıb ki, Rusiyaya qarşı Paşinyan hakimiyyətinin mövqeyi bəllidir: "Erməni rəsmisi sadəcə Rusiyaya xoş gəlsin deyə, həm də onun mövqeyini yumşaltmaq xatirinə fikir söyləyir. İkitərəfli görüşlərə üstünlük verməsi ilə bağlı ifadələr onun fikrinin məğzini ifadə edir. Rusiyaya inanmadıqlarını bildirirlər. Buna rəğmən, İrəvanın özünün ikitərəfli görüşlərdən qaçması onun əsl üzünü göstərir. Ermənistan hələlik heç bir formatda sülhə hazır deyil. Beynəlxalq konyukturun uyğun olmadığı durumda hələ ki Ermənistan sülh bağlamaq istəmir. Hələ də nəyəsə ümid bəsləyir. Yeni beynəlxalq durumda inisiativi ələ keçirməyə çalışır". Həmsöhbətimizin fikrincə, İrəvanın konstitusiya dəyişikliyini 2027-ci ilə saxlaması da bütün mətləbləri açır: "Məsələ ondadır ki, həmin ilə qədər bir çox beynəlxalq proseslər yerinə oturacaq. Dünya nizamının konturları böyük ölçüdə qurulacaq. Məncə, hazırda İrəvan hökumətinin bəyanatlarına ciddi yanaşmaq lazım deyil. Dəfələrlə sübut olunub ki, Ermənistan ancaq güc dilindən anlayır. Nə zaman ki, Azərbaycan öz təzyiqlərini Ermənistan üzərində artırıb, nəticə almaq şanslarımız artıb. Əsl reallıq budur".

Chosen
65
dia-az.info

1Sources