EN

Şərəfli missiyanın növbəti təntənəsi

“İtaliyaya səfəri çərçivəsində Prezident İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında olduqca mühüm mesajlar səsləndirib. Azərbaycan və İtaliyanın strateji tərəfdaşlar kimi fəaliyyəti önə çəkilib, 10 il öncə imzalanan ikitərəfli Bəyannamənin mahiyyətinə toxunulub, əməkdaşlığın bir çox sahəni əhatə etdiyi qeyd edilib”. Bu fikirləri YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib.

Abbas Əliyev qeyd edib ki, Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır: “İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Bu mənada milli təhlükəsizliyin ayrılmaz parçası olan enerji təhlükəsizliyi məsələsində hər iki ölkə sıx əməkdaşlığa malikdir. Dövlətimizin başçısı bildirib ki, Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Bu, bir reallıqdır ki, hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Məhz bu kontekstdə Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Sözsüz ki, Azərbaycanla İtaliya arasında ikitərəfli əlaqələr enerji və ticarətlə məhdudlaşmır. Hazırda humanitar məsələlər üzərində fəal şəkildə iş aparılır. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb. Bu amil əməkdaşlığın şaxələndirilməsinin bariz nümunəsidir. Eyni zamanda İtaliyanın beş aparıcı universiteti Azərbaycandan olan tərəf müqabilləri müştərək əməkdaşlıq edir ki, bu, gələcək addımlar üçün mühüm əhəmiyyətə malikdir. Təbii ki, Azərbaycanla İtaliya arasında ikitərəfli münasibətlər qarşılıqlı etimad və hörmət əsasında qurulub. Prezident qeyd edib ki, bu, bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsidir”.
Abbas Əliyev vurğulayıb ki, Azərbaycanın COP29-a ev sahibliyinin mühüm önəmi İtaliyadakı Forumda bir daha diqqətə çatdırılıb: “Azərbaycan bu mötəbər konfransın digər tədbirlər kimi yüksək səviyyədə təşkili ilə bağlı ardıcıl proqram xarakterli işləri uğurla aparır. 200-ə yaxın ölkənin iştirak edəcəyi COP29 konfransı Azərbaycanın qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulmasında önəmini artırmış olur. Dünya ictimaiyyətində Azərbaycanın COP29 tədbirlərini də ən yüksək təşkilatçılıq və təhlükəsiz şəraitdə keçirəcəyinə əminlik mövcuddur. Bundan öncə Azərbaycan 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 il uğurla sədrlik edib. Bu təsisat ölkəmizin sədrliyi dövründə olduqca mühüm nəticələr əldə edilib. Bütün bunlarla yanaşı, Azərbaycan hər zaman sülh və əməkdaşlıq tərəfdarıdır. Bu xüsusda ölkəmiz hazırda davam edən Rusiya-Ukrayna müharibəsinin başa çatmasında da özünün sülh təşəbbüslərini ortaya qoymağa hazır olduğunu bəyan edib. Sözsüz ki, Azərbaycan dünyada aparıcı beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlara uyğun olaraq əməkdaşlıq edir. Azərbaycan 2001-ci ildə üzv olduğu Avropa Şurası ilə ötən dövrdə normal təmaslar qurub. Sözsüz ki, zaman-zaman Azərbaycana qarşı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qərəzli və birtərəfli yanaşmaları da olub. Dövlətimizin başçısı Forum iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan özünün suverenliyini tam şəkildə bərpa etdikdən bir neçə ay sonra AŞPA ölkəmizin nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi. Prezident açıq şəkildə bəyan edib ki, bu, suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı tətbiq edilən sanksiya idi, biz öz torpağımızda döyüşdük və hər hansı təcavüzə əl atmadıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
sesqazeti.az

1Sources