EN

Çinli pilot: Bakı trasında qızğın mübarizə gedəcək

Bakı, 12 sentyabr, AZƏRTAC

"Bakı trasında qızğın mübarizə gedəcək. Buna baxmayaraq, bizim yaxşı çıxış etmək şansımız var".

AZƏRTAC xəbər verir ki, bu sözləri “Alfa Romeo” komandasının pilotu Quanyuy Çjou Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisindən öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Çinli sürücü motivasiyasının yüksək olduğunu bildirib: "Mükəmməl şəhərin çətin trekində yarışacağıq. Gözləntilər böyükdür. Yaxşı nəticə üçün yarış zamanı həyəcanımı gizlətməyə çalışacağam".

O, hər yarışın təkmilləşmək üçün yaxşı fürsət olduğunu söyləyib: "Belə fürsətlərdən istifadə etmək lazımdır. Xoşagəlməz hallara yol vermədən, inamlı şəkildə mübarizə aparacağam".

Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 13-15-də keçiriləcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
28
1
azertag.az

2Sources