EN

Rusiyadan Bakıyakruiz səfərləri planlaşdırılır

Bakı. Trend:

Dövlət Dəniz və Liman Agentliyində Rusiya Federasiyasının kruizsənayesinin lideri və tur operatoru“Vodoxod” MMC-nin nümayəndəheyəti ilə görüş olub.

Trend bubarədə Agentliyə istinadən məlumat verir.

Görüş zamanı qarşılıqlı münasibətlərin inkişaf etdirilməsindəiki ölkə arasında yüksək səviyyəli səfərlərin, keçirilən görüş vətədbirlərin rolundan danışılıb. Bildirilib ki, ölkələrimiz arasındaəməkdaşlığın güclənməsi ticari-iqtisadi əlaqələrlə yanaşı, dəniznəqliyyatı sahəsində də ortaq tərəfdaşlığın genişlənməsinə özmüsbət təsirini göstərməkdədir.

Görüşdə, həmçinin, “Vodoxod” MMC-nin sifarişi ilə 2025-2026-cıillərdə istismara veriləcək 00840 nömrəli “Kareliya” layihəli 3yeni nəsil kruiz gəmisinin tikintisi və onların gələcəkdəMahaçqala, Aktau, Türkmənbaşı, Bakı, Ənzəli limanlarına yan alaraqkruiz səfərlərə cəlb edilməsi planından danışılıb.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nümayəndələrinin iştiraketdiyi görüş çərçivəsində gəmilərin Azərbaycana məxsus limanlaragiriş-çıxış məsələlərinin sadələşdirilməsi də müzakirə olunub.

Rusiyadan
Rusiyadan
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
74
21
az.trend.az

10Sources