EN

Rusiya Qərbə uran, titan və nikel idxalını məhdudlaşdırır...

Image

Rusiya bəzi ölkələrə uran, titan və nikel idxalını məhdudlaşdıracaq. Bunu Rusiya hökumət rəsmiləri ilə görüşdə prezident Vladimir Putin deyib.

Putin bildirib ki, digər ölkələrin Rusiyaya mal axınını məhdudlaşdırdığı bir vaxtda Rusiya hakimiyyəti uran, titan, nikel və digər məhsulların xarici bazarlara tədarükünə müəyyən məhdudiyyətlər qoyulması məsələsini düşünməlidir. 

Prezident deyib ki, mümkün məhdudiyyətlər Rusiyaya zərər verməyəcək şəkildə həyata keçirilməlidir: “Ümumiyyətlə, bunun bizə zərəri yoxdursa, mən demirəm ki, biz bunu sabah etməliyik, lakin biz xarici bazara tədarüklərə bəzi məhdudiyyətlər qoymağı düşünə bilərik”.

Putin konkret hansı ölkələrə ixracın məhdudlaşdırılacağını açıqlamayıb. Ancaq heç şübhəsiz ki, burada söhbət Rusiyaya qarşı sanksiyalar tətbiq edən Qərb ölkələrinə ixracın dayandırılmasından gedir. 

Qeyd edək ki, Rusiyanın qlobal uran istehsalında 8 faiz, titan istehsalında 13 faiz, nikel istehsalında isə 7 faiz payı var.

TAHİR





Chosen
100
baki-xeber.com

1Sources