EN

Quterreş: Netanyahu oktyabrın 7-dən bəri zənglərimə cavab vermir

“Netanyahu oktyabrın 7-dən bəri mənim zənglərini qəbul etməkdən imtina edir”.

APA xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio Quterreş “Reuters”ə müsahibəsində bildirib.

O qeyd edib ki, ötən il HAMAS-ın 7 oktyabr terror hücumundan sonra Baş nazir Benyamin Netanyahu ilə danışmayıb: “Çünki Netanyahu zənglərimə cavab vermir və BMT-ni İsrail əleyhinə olmaqda ittiham edir”.

"Mən onunla danışmamışam, çünki o, telefon zənglərimə cavab vermir, lakin onunla danışmamaq üçün heç bir səbəbim yoxdur"- deyə Quterreş bildirib.

Chosen
71
18
apa.az

7Sources