"Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, "qırmızı-qaralar" Abdullahi Şuaybunu komandaya cəlb edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

22 yaşlı nigeriyalı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Şuaybu bunadək “Saksan” (Moldova) və “Kəpəz”də forma geyinib.