EN

Səbinə Əliyeva Ombudsmanların Beynəlxalq Konfransında iştirak edib

Bu barədə Ölkə.az-a Ombudsman Aparatından bildirilib.

Dünya ölkələrində heç bir ayrı-seçkilik olmadan insan hüquqlarına hörməti təşviq etmək məqsədilə keçirilən tədbirdə 50-dən çox ölkənin ombudsman və milli insan hüquqları institutlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Konfransda “Qlobal böhranlar zamanı insan hüquqları. Ombudsmanın rolu” adlı sessiyada çıxışı zamanı Müvəkkil hazırda dünyanın həm insan hüquqlarına, həm də ətraf mühitə təsir edən mühüm qlobal problemlərlə üzləşdiyini bildirib.

İqlim dəyişikliyi kontekstində insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinin ombudsman və milli insan hüquqları institutlarının fəaliyyətində prioritet məsələlərdən birinə çevrildiyini bildirən S.Əliyeva Azərbaycanın Ombudsman təsisatı tərəfindən müvafiq sahədə çoxsaylı tədbirlərin təşkil olunduğunu diqqətə çatdırıb.

Torpaqlarımızın otuz ilə yaxın müddət ərzində Ermənistanın işğalına məruz qaldığını qeyd edən Müvəkkil həmin ərazilərdə ətraf mühitə, bioloji müxtəlifliyə ziyan vurulduğunu, ekosid cinayətlərinin törədildiyini bildirib.

Ermənistanın ərazilərimizdə həyata keçirdiyi mina terrorundan bəhs edən Ombudsman həmin minaların vətəndaşların həyat və sağlamlığına təhdid yaratdığını, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışına, bölgədə aparılan bərpa-quruculuq işlərinə maneə törətdiyini, eləcə də mina partlayışlarının regionda ekoloji tarazlığın pozulması ilə nəticələndiyini söyləyib.

Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən daha səmərəli istifadə istiqamətində müxtəlif dövlət proqramlarının, strategiyaların və milli fəaliyyət planlarının həyata keçirildiyini bildirən Ombudsman, həmçinin ölkə Prezidentinin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu qeyd edib.

Cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini bildirən Müvəkkil tədbirin yüksək səviyyədə təşkili istiqamətində hazırlıq işlərinin həyata keçirildiyini diqqətə çatdırıb.

Chosen
64
13
olke.az

10Sources