EN

Əməkdar artistin vəziyyəti ağırdır: "Ağrıkəsicilərlə yaşayır"

Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktyoru Rafiq İbrahimovun səhhəti kəskin pisləşib.

Hurriyyet.Az bildirir ki, bu barədə Qaynarinfo-ya aktyorun həyat yoldaşı məlumat verib.

O, Rafiq İbrahimovun 8 aydan yuxarıdır ki, xəstə olduğunu. Xanımı qeyd edib ki, Əməkdar artist onkoloji xəstəlikdən əziyyət çəkir:

"Rafiq gecə səhərə kimi yatmır, şiddətli ağrıları var. Müayinə olundu, onkoloji xəstəlik aşkarlandı. 10-dan yuxarı xəstəxanaya müraciət etdik, müayinədən sonra hər birinin rəyi eyni oldu, şiş irəliyəyib və yayılıb. Ona görə də həkimlər əməliyyata razılıq vermədilər. İndi ağrıkəsicilərlə yaşayır. Boğazından su da keçmir. Həkimlər sağalmaq şansının olmadığını bildirdi. Neçə gün yaşayacaq onu Allah bilir".

Bahar Rüstəmli

Chosen
46
5
hurriyyet.az

6Sources