EN

"İki siçovula görə karyeramı bitirməyəcəm" - Kriştianu Ronaldu

Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu onu televiziya proqramında tənqid edən ekspertlərə cavab verib.

Fanat.Az-ın məlumatına görə, "YouTube" üzərindən yayımlanan "Rio Ferdinand Presents" kanalına danışan 39 yaşlı superulduz tənqidçilərini siçovul adlandırıb:

"İnsanlar həmişə pis məqamlara diqqət yetirirlər, amma yaxşı şeylərin heç də hamısını görmürlər. İki siçovul məni tənqid etdiyi üçün karyeramı bitirməyəcəm. Məni dünya sevir, azarkeşlər sevirlər. Elə əsas motivasiyam da sevilməyimdir. İki heç kimin tanımadığı adama görə parıltımı itirməyəcəm".

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 4 matça çıxan Ronaldu 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
fanat.az

1Sources