1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Rusiyaya qarşı sanksiyaların tətbiqi Gürcüstanın iqtisadi çöküşü və Rusiya ilə hərbi qarşıdurma deməkdir".
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Parlament sədri nümunə olaraq Danimarka hökumətinin Gürcüstan müxalifət siyasi partiyalarını maliyyələşdirməsini göstərib. Gürcüstan hakimiyyəti bunu seçkiqabağı dövrdə müdaxilə kimi qiymətləndirib və bundan sonra maliyyələşdirmə dayandırılıb. Bundan əlavə, respublika hakimiyyəti bir neçə gündür qeyri-hökumət təşkilatlarını seçkiqabağı videoçarxlar hazırlamaqda, lakin maliyyə mənbəyini göstərməməkdə ittiham edir.
"Bizim kəşfiyyatımız və nəticə çıxarmaq üçün öz başımız var. Nəticə çıxardığımız yerləri deyirik. Biz Danimarka maliyyələşdirməsi barədə dedik, gördük ki, o dayandırıldı. İndi biz videoçarxların maliyyələşdirilməsi kampaniyası barədə danışırıq. Onların müəllifləri öz maliyyə mənbələrini gizlədirlər" , - deyə Papuaşvili bildirib.
Rusiyanın Xarici Kəşfiyyat Xidməti (XKX) sentyabrın 11-də Birləşmiş Ştatların Gürcüstanda qarşıdan gələn parlament seçkisinə müdaxilə etmək üçün Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərliyi ilə əməkdaşlıq barədə razılığa gəldiyi barədə məlumat yayıb. XKX-nin məlumatına görə, nəzərdə tutulur ki, ATƏT DTİHB səsvermədən 10-20 gün əvvəl ölkədə azad və ədalətli seçkinin keçirilməsi üçün şəraitin olmadığı barədə nəticə ilə aralıq hesabat dərc edəcək. Səsvermənin ilk nəticələri açıqlandıqdan sonra seçki prosesinin demokratiya normalarına uyğun olmadığı barədə rəy təqdim ediləcək.
Qeyd edək ki, Gürcüstanda parlament seçkisi oktyabrın 26-da keçiriləcək.