"Beşiktaş"la yollarını ayıran Raşid Gezzalın yeni ünvanı bəlli olub.
"Operativ Məlumat Mərkəzi-OMM" "A Spor"a istinadən xəbər verir ki, əlcəzairli futbolçu "Çaykur Rizespor"la müqavilə bağlamağa yaxındır.
4 il "Beşiktaş"da çıxış edən və mövsümün sonunda müqaviləsi başa çatan Raşid Gezzal daha əvvəl Super Liqadan təklif aldığını açıqlamışdı.
2020-2021 mövsümündə “Lester Siti”dən “Beşiktaş”a transfer olunan Gezzal “ağ-qaralar”la 1 Super Liqa, 2 Türkiyə Kuboku və 1 Super Kubok qazanıb.
İstanbul klubunun heyətində 4 mövsüm keçirən Gezzal ümumilikdə 122 matça çıxıb və 17 qola imza atıb.